Banklara külli miqdarda borcu olan vətəndaş ölkədən qaçmaq istəyərkən saxlanıldı (FOTO)

Banklara külli miqdarda borcu olan vətəndaş ölkədən qaçmaq istəyərkən saxlanıldı (FOTO)
Hadisə 2398

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olan şəxsi saxlayıblar. DSX-nin mətbuat mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, dünən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən bir nəfər Azərbaycan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Sadıqov Səməd Qüdrət oğlu saxlanılıb. Müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub. Fakt üzrə araşdırma tədbirləri davam etdirilir. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda saxta araq əməliyyatı (FOTO)

Azərbaycanda saxta araq əməliyyatı (FOTO)

Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan və qaçaqmalçılıq yolu ilə ölkəyə gətir...

1914 Hadisə 16:09 06 oktyabr 2015

Son xəbərlər