Azərbaycanda saxta araq əməliyyatı (FOTO)

Azərbaycanda saxta araq əməliyyatı (FOTO)
Hadisə 1914
 

Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda spirtli içkinin realizə olunmasının qarşısını alıb. 

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, idarəyə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 7A ünvanında yerləşən "Ruslan-93” mağazasında üzərində aksiz markası olmayan spirtli içkilərin satılması barədə məlumat daxil olub.

 

Dərhal Baş İdarənin əməkdaşları tərəfindən həmin ünvandakı Abdullayev Telman Ələkbər oğluna məxsus mağazada zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 

Əməliyyat zamanı mağazadan Rusiya Federasiyasının aksiz markası ilə markalanan külli miqdarda araqlar, həmçinin üzərində aksiz markası olmayan müxtəlif markalı spirtli içkilər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

ŞAHİN Həbibov

BAKU.WS

 

Oxşar xəbərlər

Dövlət Gömrük Komitəsi ittihamları cavablandırdı

Dövlət Gömrük Komitəsi ittihamları cavablandırdı

Son zamanlar bir sıra kütləvi informasiya vasitələri ölkəmizin xarici ticarətinin vəziyyəti ilə bağlı yanlış statistik məlumatlar dərc edir Dövlət Gömrük Komit...

1612 Sosial 17:03 01 oktyabr 2015

Son xəbərlər