MTRŞ-dan Röyanın efirdəki söyüşünə REAKSIYA - VİDEO
17
apr
2019
12:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Röyanın efirdə təhqiramiz ifadə işlətməsi 9 ay əvvəl baş verib, köhnə faktdır. Bu məsələnin aylar sonra hansı məqsədlə medianın gündəminə gəlməsi maraqlı məsələdir”.BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib:"Bilirsiniz ki, televiziyalarda canlı yayım zamanı ləngitmə prosesi var. Əgər canlı yayım zamanı hər hansı xoşagəlməz ifadələr işlədilsə, bu ifadənin kəsilməsi və ya yerinə hər hansı başqa səsin verilməsi mümkündür. ATV-də belə imkanları var.Özüm izləmişəm, canlı yayım zamanı bu səslər kəsilib və efirə getməyib. Əgər o xoşagəlməz ifadə efirə getsəydi, biz bunu bilərdik və telekanalla bağlı tədbir görərdik”.Qeyd edək ki, sosial şəbəkədə yayılan videoda Röya "Zaurla Günaydın” verilişində Günayın qulağına dediyi söyüş açıq-aşkar eşidilir.
Oxşar xəbərlər
Röya da efirdə qeyri-etik söz işlədibmiş - VİDEO
Son günlər efirlərdə qeyri-etik ifadələr işlədən məşhurların qalmaqalı səngimək bilmir. Əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovdan sonra daha bir...