ARB TV-nin narazılığa səbəb olan verilişlərinin adları açıqlandı (SİYAHI)

ARB TV-nin narazılığa səbəb olan verilişlərinin adları açıqlandı (SİYAHI)
Şou-biznes 1964
"Milli Televiziya və Radio Şurası (MTRŞ) ARB TV-nin bəzi verilişlərini xüsusi diqqətlə monitorinq edir".BAKU.WS xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.O bildirib ki, ARB-nin bəzi verilişlərinə monitorinqlər zamanı diqqəti xüsusilə artırılıb: “Bunlar əsasən şou verilişlərdir. Kanalın bəzi verilişlərində - “Boş anlar”, “Vüsaləylə sözbəsöz”, “Səhər-səhər”, “Şou məkan”, “Sayqa ilə bu axşam” və s. - baş verənlər cəmiyyətdə, sosial mediada geniş müzakirələrə, tənqidlərə səbəb olub”. O qeyd edib ki, həmin verilişlərdə bəzi şou nümayəndələri özlərini həddən artıq sərbəst aparıb və aparıcılar da buna geniş şərait yaradıbLAR: “Ümumiyyətlə, bu yayım mövsümündə ARB-nin bir sıra şou verilişlərində narazılığa səbəb olan hallar artıb. Baş verənlərlə bağlı arayışlar tərtib edilir”.BAKU.WS

Son xəbərlər