Röya da efirdə qeyri-etik söz işlədibmiş - VİDEO

Röya da efirdə qeyri-etik söz işlədibmiş - VİDEO
Video
Şou-biznes 4762
Son günlər efirlərdə qeyri-etik ifadələr işlədən məşhurların qalmaqalı səngimək bilmir. Əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovdan sonra daha bir məşhurun qeyri-etik ifadə işlətdiyi kadrlar yayılıb.Belə ki, əməkdar artist Röya Ayxan “Zaurla Günaydın” proqramında qonaq olan zaman onun aparıcı Günay Baxşəliyevanın qulağına dediyi sözlər efirə gedib. Sənətçi bunu pıçıltı ilə desə də, mikrofonunun səsi yüksəldilib və tamaşaçılar tərəfindən eşidilib. Hadisə aylar əvvəl yaşansa da onun videosu son günlər yayılıb. Bir çoxları isə videonu paylaşaraq, “Bəs, Röya niyə cəza almadı” şərhini yazıblar. Qeyd edək ki, “Space”in “Hər səhər” verilişində Rüfət mahnı oxuyarkən Rəşadla birlikdə söyüş işlətməsi səs rejissorunun günahı ucbatından efirə getmişdi. Həmin hadisəyə görə MTRŞ-ı kanal rəhbərliyini, ifaçıları, aparıcını və səs rejissorunu cəzalandırmışdı. (axşam.az)

Son xəbərlər