AzTV Rəşad İlyasovun verilişini bağladı, özünə isə 6 ay qadağa qoydu
16
apr
2019
16:04
Əməkdar artist Rəşad İlyasovun AzTV-də yayımlanan "Yaradanlar və yaşadanlar" adlı proqramının yayımı dayandırılıb. BAKU.WS xəbər verir ki, bu barədə "Hər şey daxil" verilişində aparıcı-prodüser Tarix Əliyev (Tolik) deyib. O, deyib ki, R.İlyasovun proqramı yayımdan qaldırılıb və müğənni 6 ay ərzində aparıcı kimi efirə çıxa bilməyəcək.Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) məlumatına əsasən, “Space” TV-də “Hər səhər” verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub.MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin, televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.Bundan sonra MTRŞ televiziya barədə İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib və inzibati qaydada məhkəməyə müraciət edib.BAKU.WS
Oxşar xəbərlər
Rüfət Axundov Xəzər TV-nin canlı efirindən qovuldu - VİDEO
Milli Televizya və Radio Şurasının efirə qadağa qoyduğu müğənni Rüfət Axundov bu gün Tolikin "Hər şey daxil" proqramında qonaq olub. BAKU.WS xəbər verir ki, if...