“Space” TV verilişdəki biabırçılığa görə 8 min AZN cərimə oluna bilər (VİDEO)
07
apr
2019
10:26
“Space” telekanalının “Hər Səhər” verilişində xoşagəlməz hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, müğənni Rüfət Axundov səhər verilişində mahnı ifa edərkən söyüş işlətməsi efirə düşüb. Mikrofonların bağlı olduğunu zənn edən müğənni Rüfət Axundov və Rəşad İlyasov mahnının sözlərini dəyişərək biabırçı ifadələr işlədib. Bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra böyük səs-küyə səbəb olub. Space TV-nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Milli Teleradio və Radio Şurası (MTRŞ) tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib. MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, 5 aprel tarixində kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib. Faktla bağlı iş məhkəməyə göndərilib. Videoda etikadan kənar ifadələr işlənir. BAKU.WS
Oxşar xəbərlər
Etik qaydaları pozan aparıcıların adları açıqlandı (SİYAHI)
Milli Televiziya və Radio Şurası keçən il bir sıra özəl yayımçıların efirində «Televiziya və radio yayımı haqqında» qanunun 32.0.9-cu maddəsinin (milli-mənəvi d...