MTRŞ Zaurun xalatda efirə çıxmasına münasibət bildirdi: "Baş verənlər şoudur"
19
mar
2018
11:49
ATV-də yayımlanan "Zaurla Günaydın” proqramında aparıcı Zaur Baxşəliyevin hamam xalatında efirə çıxması sosial şəbəkələrdə geniş rezonans doğurmuşdu.Məsələyə Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov report-a münasibət bildirib.O qeyd edib ki, burada qanunvericilik və mənəvi dəyərlər baxımından heç bir pozuntu aşkarlanmayıb:"Yayımçıların efiri daimi nəzarətindədir. Ancaq biz şou proqramlarda hər şeyə müdaxilə edə bilmərik. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan "Zaurla Günaydın” verilişində baş verənlər şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından problem və narahatlıq doğuran ciddi hal yoxdur”.BAKU.WS
Oxşar xəbərlər
MTRŞ-dan Zaur Baxşəliyevin xalatıyla bağlı AÇIQLAMA
Xəbər verdiyimiz kimi Azərbaycanın tanınmış aparıcısı Zaur Baxşəliyev canlı efirə hamam geyimində çıxıb. O, aparıcısı olduğu "Zaurla Günaydın” verilişinin bugün...