Etik qaydaları pozan aparıcıların adları açıqlandı (SİYAHI)

Etik qaydaları pozan aparıcıların adları açıqlandı (SİYAHI)
Sosial 2705
Milli Televiziya və Radio Şurası keçən il bir sıra özəl yayımçıların efirində «Televiziya və radio yayımı haqqında» qanunun 32.0.9-cu maddəsinin (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) tələblərinin mütəmadi olaraq pozulduğunu aşkarlayıb.BAKU.WS-in məlumatına görə, MTRŞ bu halların daha çox ARB, ATV və Xəzər TV-nin efirində müşahidə edildiyini bildirib.MTRŞ nəzərə çatdırıb ki, milli-mənəvi dəyərlərin efirdə pozulması müxtəlif formalarda baş verib. Həm də bu səpkidə olan pozuntular daha çox sosial problemlərin müzakirə olunduğu verilişlərdə baş verir. Müzakirə tipli verilişlərdə hansısa ailənin, şəxsin özəl-intim həyatının bu və ya digər anları müzakirəyə çıxarılır, video faktlar ortaya qoyulur. Məsələn, Space TV-də 17 sentyabr 2018-ci il tarixdə saat 16.37-də yayımlanmış "Gəl, dərdini danış” verilişində ərin arvadını başqa kişi ilə yataqda tutarkən çəkdiyi videosu efirə verilib. Verilişin 23 oktyabr 2018-ci il tarixli buraxılışında isə ər arvadını ona xəyanətdə ittiham edir və hətta uşaqlarından birinin onun olmadığını, başqa kişidən dünyaya gəldiyini bildirib.ARB-də yayımlanan "Çıxış yolu Afət Rahilqızı ilə” adlı verilişdə də mütəmadi olaraq ailə-məişət müstəvisində Azərbaycan xalqı və ailəsi üçün uyğun olmayan, qeyri-ənənəvi ailədaxili problemlər xarakterik ictimai problem kimi qabardılır, müzakirəyə çıxarılıb. Məsələn, verilişin 22 oktyabr 2018-ci il buraxılışında ən pis ailə nümunələrindən biri – övladlarını atıb başqası ilə aillə quran qadın və ondan aliment tələb edən ərin "hekayəsi” müzakirəyə çıxarılıb. Verilişdən aydın olur ki, məhkəmə artıq bu problemlə bağlı yekun qərar verib və məsələ hüquqi müstəvidə həllini tapıb. Belə olduğu halda problemin verilişdə müzakirəyə çıxarılması əlbəttə, ki, ucuz sensasiya və şou naminə edilir. MTRŞ bu cür hallara həmin verilişdə mütəmadi olaraq rast gəlindiyini vurğulayıb.İl ərzində milli-mənəvi dəyərlərlə bağlı ən mühüm pozuntu faktlarından biri ATV-də yayımlanmış "10-dan sonra” verilişi olub. Verilişin 9 iyul 2018-ci il tarixli buraxılışında qonaq qismində dəvət olunmuş Aşıq Namiq Fərhadoğlu və Aşıq Fəzail Miskinli arasında mübahisə yaranıb, mübahisə zəminində gərginlik yaşanıb və tərəflər bir-birinə ünvanına ədəbsiz ifadələr işlədiblər. Baş vermiş olayla bağlı Şura tərəfindən telekanala qarşı inzibati tənbeh tədbiri (rəsmi xəbərdarlıq) tətbiq edilib.Milli-mənəvi dəyərlərin pozulması hallarına bilavasitə aparıcıların özlərinin də rəvac verməsi halları diqqət çəkib. Məsələn, ARB-də 17.10.2018-ci il tarixdə saat 16.00-17.30 arası yayımlanmış "Canım sənə desin” verilişinin aparıcısı Mehriban Xanlarovanın efirdə yol verdiyi hərəkətlər cəmiyyətdə ciddi müzakirə və tənqidlərə səbəb olub.Lider TV-də cari ilin birinci yarısı efirdə olmuş "Evimin qonaqları” verilişində aparıcı Sərxan Kərəmoğlunun davranışları, dəvət etdiyi qadın qonaqları öpməsi, qucağına götürməsi və digər bu kimi hərəkətləri tamaşaçılarda haqlı qıcıq və narahatçılıq yaradıb. "LİDER” TV-nin efirində yayımlanan "7 gün” verilişinin 25.04.2018-ci il tarixli buraxılışında isə aparıcıların efir imkanlarından sui-istifadə hallarına yol verməklə Quba rayonu və camaatı barəsində xoşagəlməz ifadələr işlədiblər ki, bu da milli-mənəvi dəyərlərə zidd hal kimi qeydə alınıb.Xəzər TV-nin "Hər şey daxil” verilişinin aparıcısı Tolikin davranışları, leksikonu da mütəmadi olaraq neqativ aspektdən diqqəti cəlb edib. Həmçinin Tolik verilişdə iştirakçıların efir etikasına zidd olan xoşagəlməz davranışlarının da qarşısını almağa cəhd etməyib, əksinə, belə hərəkətlərə təhrik edilməsi hallarına da yol verib. Məsələn, verilişin 21 avqust 2018-ci il tarixli buraxılışında müğənni Mətanət Əsədova Lider TV-nin aparıcısı və şoumen Sərxan Kərəmoğlu adlı birisi barədə təhqiramiz ifadələr işlədib, lakin verilişin aparıcıs Tolik bu halın qarşısını almayıb. MTRŞ ifadələr aşağıdakılardan ibarət olduğunu qeyd edib: "Ayə, kişi adını korlama. Kişi adına xələl gətirən, mənə qulaq as. Sən deyirsən ki, Azərbaycan qadınına ləkə gətirirəm. Gəl çıx çölə, səni aparacam həkimə. Mən qadın kimi özümü sübut edəcəm, amma sən kişi kimi özüvü sübut edə bilməyəcəksən... Yerə soxum səni. Murdar...” MTRŞ il ərzində milli-mənəvi dəyərlər prizmasından yol verilən xoşagəlməz hallardan birinin də müzakirə verilişlərinə ekspert qismində, nümunəvi olmayan təsadüfi və qeyri peşəkar insanların, xüsusilə də bayağı müğənnilərin, rəqqasələrin, ekstrasens və falçıların dəvət edilməsi olduğunu bildirir. Belə hallara xüsusilə ilin birinci yarısında efirə getmiş verilişlərdə daha çox rast gəlinib. Məsələn, ARB-də "Sirdaş Rövşanə” verilişinin 6 iyun 2018-ci il tarixli buraxılışında (saat 17.42-də) verilişə dəvət olunan idmançı və rəqqasə bir-birinə qarşı təhqiramiz ifadələr işlədib, hətta onlar arasında əlbəyaxa dava da baş verib. Bundan başqa, verilişin 7 may 2018-ci il tarixli buraxılışında "ekstrasens” Bayram adlı şəxslə kulturoloq kimi tanınan Aydın Xan Əbilov arasında gərginlik, söz davası qarşılıqlı təhqirlərlə müşayiət olunub, tərəflər bir-birinə yüksək səslə aşağılayıcı və hədələyici ifadələr və jestlərdən istifadə ediblər.Xəzər TV-nin efirində yayımlanan "Səni axtarıram” verilişinin 25 iyun 2018 və 26 iyun 2018-ci il tarixli buraxılışlarında eyni səpkidə problem yaşanıb. Verilişində qonaq-ekspert qismində cəmiyyətdə falçı-ekstrasens kimi tanınan Bayram Nurlu ilə problemi müzakirəyə çıxarılan şəxs arasında gərginlik yaşanıb, efir mədəniyyətinə zidd xoşagəlməz hallara rast gəlinib. Söz davası qarşılıqlı təhqirlərlə müşayiət olunub, tərəflər bir-birinə yüksək səslə aşağılayıcı və hədələyici ifadələr işlədib, qeyri-etik söz və ifadələrdən istifadə olunub. İl ərzində teleradio məkanında müşahidə olunan mənfi tendensiyalardan biri də sosial şəbəkələrdə populyarlaşmış bu və ya digər neqativ fenomenin kütləvi yayıma çıxarılaraq ictimai rəyə yeridilməsi hallarıdır. Yayımçılar tərəfindən psixi durumu, tərbiyəsi yerində olmayan ayrı-ayrı fərdlərin sosial şəbəkələrdə populyarlığını nəzərə alaraq efirə çıxararaq onun vasitəsilə reytinq əldə edilməsinə çalışılıb. Məsələn, belə hallardan biri cari ilin may ayında (05 may 2018-ci ildə) Space TV-də yayımlanan "El sizin, sirr bizim” verilişində baş verib. Verilişdə aparıcı Elçin Əlibəyli tərəfindən saxta sənətkar nümunəsi qismində cəmiyyətdə qeyri-ciddi müğənni kimi tanınan Maral Tahirqızı adlı xanım iştirakçı təhqir edilib. Bu hal internet media və sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər