Könül Yusifqızının qalmaqallı verilişilə bağlı MTRŞ-dan açıqlama - VİDEO

Könül Yusifqızının qalmaqallı verilişilə bağlı MTRŞ-dan açıqlama - VİDEO
Video
Şou-biznes 3208
“Lider” telekanalının efirində yayımlanan görüntülərlə bağlı Milli Televiziya və Radio Şurası (MTRŞ) açıqlama verib.BAKU.WS oxu.az-a istinadən verdiyi məlumatına görə, “Yarasa” adlı proqramda efir etikasına uyğun olmayan ifadələrin işlədilməsi haqda Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov münasibət bildirib: “Yayımçıların efiri daimi nəzarətdədir. Ancaq sözügedən proqramda milli-mənəvi dəyərlərə zidd olan ifadələrə yer verilib. Efirdə ədəbsiz sözlər, jarqon ifadələr işlədilməsi səhər saat 07:00-23:00 arası qadağandır. Ancaq saat 23:00-dan sonra yayımçılara bu məsələ ilə bağlı müəyyən sərbəstlik verilir. Verilişlərdə sətiraltı da olsa, qonaqlar haşiyədən kənara çıxarlarsa, aparıcı (Könül Yusifqızı – red.) bunun qarşısını almalıdır. Əgər verilişə qarşı etirazlar genişlənərsə, məsələnin qarşısı alınacaq. Bununla bağlı arayış hazırlayıb təhvil vermişəm”. Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər