MTRŞ ATV telekanalına xəbərdarlıq edib
10
iyl
2018
21:39
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovun APA-ya verdiyi məlumata görə, iclasda ATV telekanalı tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib. O qeyd edib ki, ATV telekanalında həftə içi saat 10.00-12.00 arası yayımlanan, Yusif Ağayevin aparıcılıq etdiyi “10-dan sonra” verilişinin 09.07.2018-ci il tarixli buraxılışında ədəbsiz ifadələrdən, sözlərdən istifadə olunduğuna görə “Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”na xəbərdarlıq elan olunub. BAKU.WS
Oxşar xəbərlər
ATV-də rəhbər dəyişikliyi ilə bağlı RƏSMİ AÇIQLAMA
"Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti rəhbərliyinin dəyişdirilməsi məsələsi Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətində olan məsələ deyil".B...