Məşhur modeldə şiş aşkarlandı
Məşhur model Tülin Şahində şiş aşkarlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Tülinin özü sosial şəbəkədə bildirib.
İnstaqramda "Bu gün sizinlə çox şəxsi bir prosesi bölüşmək istəyirəm" ifadəsini işlədən Tülin, süd vəzində şübhəli şiş aşkar edildiyini və bu səbəbdən əməliyyat olunacağını bildirib.
O süd vəzi xərçəngi ilə bağlı maarifləndirmə məqsədi daşıyan "Çəhrayı Lent" hərəkatının Türkiyədəki ən önəmli simalarından biridir.
"İllərdir qadınlara erkən diaqnozun həyat qurtardığını izah edirəm. "Çəhrayı Lent" hərəkatının moda dünyasında yayılması üçün çalışan insanlardan biriyəm və bu gün… eyni reallıqla mən də qarşı-qarşıyayam" - deyə Tülin bildirib.
Oxşar xəbərlər
Brilliant Dadaşovadan nənəsi ilə bağlı paylaşım: "Hicabsız azərbaycanlı qızlar..."
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında 111 il əvvələ aid foto paylaşıb. ...