Leonardo Di Kaprionun fonduna qarşı dələduzluq ittihamı

Leonardo Di Kaprionun fonduna qarşı dələduzluq ittihamı
Şou-biznes 926

ABŞ-ın Ədliyyə Nazirliyi Leonardo DiKaprio fondunun Malayziyanın "1Malaysia Development Bhd” (1MDB) adlı dövlət fondunun dələduzluq əməliyyatlarında iştirakından şübhələnir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da barəsində təhqiqat başlanıldığı "1MDB” tərəfindən Hollivud ulduzunun "Leonardo DiCaprio Foundation” (LDF) fondunun hesabına 3 milyard dollar köçürüldüyü məlum olduqdan sonra Ədliyyə Nazirliyi Los-Anceles dairə məhkəməsinə şikayət edib. 

Lakin aktyorun özü təhqiqatın hədəfində deyil. LDF qeyri-kommersiya təşkilatı olduğundan, qanuna görə, mədaxil və xərcləri barədə informasiya verməyə məcbur deyil.

Malayziya hökuməti isə öz növbəsində adı "1MDB” dövlət fondu ətrafında qalmaqala qarışan şəxslərlə bağlı araşdırma aparacağını vəd edib.

Xatırladaq ki, Leonardo DiKaprio kino sahəsində parlaq karyerasından əlavə, xeyriyyə fəaliyyəti ilə də məşhurdur. O, vəhşi təbiətin mühafizəsi ilə bağlı müxtəlif proqramlara dəfələrlə sponsorluq edib.

Aysel Şirinzadə

BAKU.WS

Oxşar xəbərlər

Leonardo Di Kaprionun daha bir oxşarı Rio-2016-da (FOTO)

Leonardo Di Kaprionun daha bir oxşarı Rio-2016-da (FOTO)

Leonardo Di Kaprionun bənzərlərinin sayı hər keçən gün artmaqdadır. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, yaraşıqlı Hollivud ulduzunun oxşarları ar...

1331 Şou-biznes 16:45 08 avqust 2016

Son xəbərlər