Leonardo DiKaprio küçədə sevişən qadınlar haqqında... (FOTO)
"Uşaqlığım qorxulu bir çevrədə keçib. Mənə mənfi təsir edən hadisələrə şahid olmuşam. Ətrafım əxlaqsız qadınlarla və narkotik istifadəçiləri ilə dolu idi. Küçədə sevişənləri də gördüm, narkotik vasitələrin insanı necə bir uçuruma yuvarladığını da... Məhz buna görə heç vaxt narkotik vasitələri istfadə etmək fikrində olmamışam”.
BAKU.WS xəbər verir ki, bu sözləri Hollivudun ən yaraşıqlı subay kişisi Leonardo DiKaprio deyib. O, məşhurlaşdıqdan sonra məhv olduğunu dilə gətirib:
"Titanik” filmindən sonra gözləmədiyim şöhrət məni məhv etdi, altında əzildim. Kobud səslənsə də, özümü bir zibil sandım. Hətta ailəmə, yaxınlarıma belə üz çevirdim. Psixoloji sarsıntı keçirdim. Söyüş söyürdüm, yalançı olmuşdum. Amma artıq bütün bunlar geridə qalıb. Deməyim odur ki, "Titanik”lə aram yaxşı deyil”.
Qeyd edək ki, rejissor Ceyms Kemeronun 1997-ci ildə ekranlaşdırdığı "Titanik” filmində Leonardo DiKaprio Cek Douson obrazını canlandırıb.
BAKU.WS
Oxşar xəbərlər
"Stolun üstünə maşın açarı atdı ki, "1 gecə mənim ol"
Kənan MM həyatı ilə bağlı maraqlı etiraflar edib. BAKU.WS axşam.az-a istinadən məlumat verir ki, rejisssor bir vaxtlar kriminal həyat yaşadığını deyib: "Elə...