Deputatın müavininə 3 il həbs
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz satışında və istifadəsində təqsirləndirilən Azərbaycan vətəndaşları Əlirza Amanbəyli, Bəhram Əliyev və Türkiyə vətəndaşı Fer Adil Yavuzun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS-in məlumatına görə, bu barədə Qafqazinfo xəbər verib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Təqsirləndirilən şəxslər öncə son söz ilə çıxış ediblər. Fer Adil özünü qismən təqsirli bildiyini deyib: "Özüm istifadə etmək üçün almışdım. Satmaq niyyətim yox idi. Həm də evimdə heç də külli miqdarda narkotik olmayıb. Peşmanam”. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Türkiyə vətəndaşı Adil Yavuz Ziya oğlu Ferin Sumqayıt şəhərində yaşadığı mənzildən 1 kiloqram 19 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb. Əlirza Amanbəyli də narkotik vasitəni sadəcə şəxsi istifadə üçün aldığını deyib: "Satışını etməmişəm, sadəcə tanışların xahişi yerinə yetirib onlar üçün də almışam”. 35 il musiqi müəllimi kimi işlədiyini deyən Bəhram Əliyev də əməlindən peşman olduğunu deyib: "Özümü təqsirli bilirəm, amma hesab edirəm ki, həbsdə olduğum 8 ay ərzində islah olmuşam. Neçə illər bu sənətlə məşğul oldum, müəyyən bir yaşa çatdığımda artıq beynimdə məni narahat edən səslr vardı. Onlardan xilas olmaq üçün arada çəkirdim. Amma müalicə də olunmuşam, artıq asılılığım da yoxdur. Özüm həmişə şagirdlərimə belə şeylərdən uzaq olmağı məsləhət görürdüm”. Məhkəmənin hökmü ilə Fer Adil Yavuz 5 il, Əlirza Amanbəyli 3 il, Bəhram Əliyev isə 1 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, məhkəmənin ilkin baxış zamanı hüquq-mühafizə oqrqanının əməkdaşı, müstəntiq Elşən Cahangirov ifadəsində bildirib ki, onlara vətəndaş Samir Əliyev tərəfindən məlumat daxil olub ki, Əlirza Amanbəyli narkotik vasitələrin satışı ilə məşğuldur: "Samir Əliyev özü də əməliyyatda iştirak etməyə razı oldu. Ona öncədən işarələnmiş 4 ədəd 50 manat verdik. Əlirza ilə danışıb görüşdü. Bizim verdiyimiz pulu Əlirzaya verdi, həmin an biz onlara yaxınlaşıb Əlirzanı saxladıq. Üzərinə baxış keçirərkən özü könüllü olaraq 1 büküm narkotiki çıxarıb verdi. Əlirza dedi ki, narkotiki Bəhramdan alıb. Səhərisi gün biz Bakıxanov qəsəbəsində Bəhram Əliyevi saxladıq. O üst-üstə iki şalvar geyinmişdi. Altdakı şalvarının cibindən 5 büküm narkotik götürdük. Bəhram öz maşınında da əlavə narkotik olduğunu dedi və onu da təhvil verdi. Bəhram dedi ki, narkotiki Türkiyə vətəndaşı Fer Adildən alıb. Biz bir gün sonra Fer Adili də saxladıq. O narktotiki Hollandiyadan internet vasitəsilə aldığını dedi. Fer Adilin Sumqayıtdakı evindən əlavə 2 büküm narkotik aşkarlandı”. Qeyd edək ki, həbs edilənlərdən Əlirza Amanbəyli 2006-ci ildən 2011-ci lin sentyabr ayına qədər Dünya Azərbaycanlıları Konqeresinin mətbuat xidmətinin və www.dak.az saytının rəhbəri, 2011-ci oktyabır ayından Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin müavini və partiyanın Güney Azərbaycan departamentinin sədri vəzifəsində çalışıb. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Polis İrandan gələn qonağı narkotik üstdə tutdu
Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı Tizfəhim Fətullah saxlanılıb. Daxili İ...