Kanye Uest X-dəki hesabını sildi
![Kanye Uest X-dəki hesabını sildi](https://baku.ws/storage/photos/uploads/thumbs/large/hPzAKYQfM6xDuIBa2sHDW6Dg5ZktFnvRGDmFvngz.webp)
Amerikalı repçi Kanye West X platformasındakı hesabını deaktiv edib.
BAKU.WS xəbər verir ki, bu barədə Gazeta.Ru məlumat yayıb.
Jurnalistlərin bildirdiyinə görə, musiqiçinin sosial şəbəkədə 33 milyondan çox izləyicisi olub. O, hesabını silməzdən əvvəl vida paylaşımı edərək platformanın sahibi İlon Maska fikirlərini ifadə etmək imkanı yaratdığı üçün təşəkkür edib və izləyiciləri ilə vidalaşıb.
2025-ci ilin əvvəlində Kanye Uest bir neçə qalmaqalla gündəmə gəlib. O, autizm xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb və qaradərili insanlara müraciət edərək, "qulluğun bir seçim olduğunu" bildirib. Daha sonra X-də "Bütün ağlar irqçidir", "Mən Hitleri sevirəm" kimi təxminən 20 paylaşım edib.
9 fevralda İlon Mask Kanye Uesti izləmədən çıxarıb. Müğənni bu addıma münasibət bildirərək, platformadan nə qədər müddət istifadə edəcəyini bilmədiyini deyib.
Oxşar xəbərlər
Gülay Zeynallı bu səbəbdən verilişlərə getmir: "Hörmətsizlik edib ..."
Müğənni Gülay Zeynallı açıqlaması ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, "İzzət Şou"ya qonaq olan ifaçı efirlərdən uzaq qalmasının səbəbini açıqlayıb. O bi...
![](/images/banners/placeholder_home_right_az.jpg)