HAVA XƏBƏRDARLIĞI: Yağış yağacaq

HAVA XƏBƏRDARLIĞI: Yağış yağacaq
Şou-biznes 20
Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. BAKU.WSxəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 11-13, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 8-13, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.Milli Hidrometeorologiya Departamentinin xəbərdarlığına görə, oktyabrın 23-ü gündüzdən 24-ü gündüzədək əsasən şimal və şərq rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Həftəsonu paytaxtda havanın temperaturu 23 dərəcəyə yüksələcək

Həftəsonu paytaxtda havanın temperaturu 23 dərəcəyə yüksələcək

Ölkə ərazisində oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə...

1247 Şou-biznes 13:35 07 oktyabr 2017

Son xəbərlər