Sabahın hava proqnozu
 
                            
                            
                                06
                                okt
                            
                                2017
                                13:56
                            
                            
                        Bakı və Abşeron yarımadasında oktyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 11-13, gündüz 17-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, dağlarda gecə 1-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən oktyabrın 09-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.TuncayBAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Sabah gecə hava dəyişəcək
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BA...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    