Sabah Bakıda 18 dərəcə isti olacaq

Sabah Bakıda 18 dərəcə isti olacaq
Şou-biznes 1388

 

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 6-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 13-18 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. 

BAKU.WS

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabah, yanvarın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman...

1273 Şou-biznes 13:15 11 yanvar 2017

Son xəbərlər