Günün qoroskopu - 22 fevral

Günün qoroskopu - 22 fevral
Şou-biznes 1779
 

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.

 

Qoç - işlərinizə ailə-məişət qayğıları da əlavə olunacaq. Ən önəmli məsələni həll etməyə çalışın, ikinci dərəcəli problemlərin həllini bir müddətlik təxirə salın. Mühüm problemin effektiv həllini tapın.

Buğa - səhhətinizə diqqət yetirin. Əsəbi və fiziki yorğunluğa imkan verməyin, münaqişəli situasiya yaratmayın.

Əkizlər - yanınızda sizi anlayacaq, problemlərinizi bölüşəcək, yaşamınızda baş verənlərə görə məsuliyyətin bir hissəsini qəbul edəcək insan olarsa, işlərin axarı daha da asanlaşacaq. Xərclərə nəzarət edin. Alış-verişdə diqqətli olun.

Xərçəng - ciddi və önəmli məsələlərlə bağlı ünsiyyətin mühüm olduğu gündür. Gərəkli insanlarla görüşün, yazışmada passivlik etməyin. Bu gün eşidəcəyiniz xəbərlər sizi qıcıqlandıra bilər.

Şir - alacağınız xəbərlərin arasında sizi daha aktiv edəcək, hərəkətə gətirəcək məlumat da olacaq. İrimiqyaslı iş və ya yeni layihə ilə bağlı planlar qurmayın.

Qız - dəyişən situasiyaya vaxtında reaksiya verin. Ailədəki problemlərdən biri üzə çıxacaq. Müəyyən məsələ ilə bağlı sürətli və qəti qərar qəbul etmək gərəkdir.

Tərəzi - yerdəyişmələrin intensivliyini azaldın. Gərgin durum qəza və travma risklərini artırır. Hər vədə şirniklənməyin, soyuqqanlı və məntiqli olun.

Əqrəb - aktiv, gərgin gündür. Məntiq və zərurət çərçivəsində davranın. Kollektivdə xırda problemlər və detallarla bağlı yaranmış təlaşı dəf edin. Gerçəkdən də, mühüm məsələdən diqqəti yayındırmayın.

Oxatan - emosiyalarla hisslərdə qarışıq dövr başlanacaq. Sevdiyiniz şəxs və sizə yaxın olan insanlarla münasibətləri qoruyun.

Oğlaq - kimsənin yoluna keçməyin. Ağır vəziyyətə düşərək yardım istəyən insana dəstək verin. Maliyyə məsələlərində diqqətli olun. Bədxərclik etməyin.

Dolça - münaqişəli situasiyanın mərkəzində ola bilərsiniz. Sizə qarşı sərt və yetərincə aqressiv təzyiq cəhdləri olacaq. Bu səbəbdən də məşğuliyyət, fəaliyyət və ünsiyyət dairəsini seçəndə diqqətli olun.

Balıqlar - çox mürəkkəb problemi həll etməli olacaqsınız. İmpulsiv davranmayın, birmənalı olmayan vəziyyətdə bir qədər fasilə edin.//milli.az/

Oxşar xəbərlər

Günün qoroskopu - 21 fevral

Günün qoroskopu - 21 fevral

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik. Qoç - konkret işlər, ideyaların...

2065 Şou-biznes 00:01 21 fevral 2017

Son xəbərlər