Günün qoroskopu - 21 fevral
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.
Qoç - konkret işlər, ideyaların reallaşdırılması zamanıdır. Ciddi işgüzar və şəxsi məsələlərlə məşğul olun. İş yoldaşınız, tərəfdaşınızın durumunu, əhvalını mütləq şəkildə nəzərə alın.
Buğa - birgə fəaliyyəti razılaşdırın. Yaşam arealınızı qaydaya salmaq imkanlarını əldən verməyin.
Əkizlər - mühüm məqamlarda harmoniyaya nail olmaq olar. Günün ikinci yarısında çətin işə başlamaq olar.
Xərçəng - san atdığınız nəticə və məqsədi bilirsinizsə, səbrli və təmkinli olun, əzmlə irəliləyin. Şəxsi münasibətlər müstəvisində emosiyaların ardıcıllığını hissiyatınız bildirəcək.
Şir - ənənəvi prinsiplərə və adətlərə sadiqlik sizə stabilliyi qorumağa, daxili müvazinətə yiyələnməyə imkan verəcək. Ailənin yaşlı üzvlərini sevindirin. Alış-veriş üçün yaxşı gündür.
Qız - uzun-uzadı müsahibələrə başlamayın. Münasibətləri aydınlaşdırmayın. Həll variantını sürətlə arayın. Yeganə doğru çözüm yolunu seçməyə çalışın.
Tərəzi - bir neçə mühüm iş arasında seçim məcburiyyəti yaranacaq. Nəticədə heç bir işi görməyə bilərsiniz.
Əqrəb - görüləcək işlərin sayı artır. Amma onların reallaşdırılması təxirəsalmalar, gecikmələr, sədlər, maneələr və maraqlar toqquşması ilə üzləşir.
Oxatan - alış-veriş və imiclə bağlı işlər uğurlu olmayacaq. Səhhətinizdə diqqətli olun. Virus və yoluxucu xəstəlik riski artır.
Oğlaq - şəxsi münasibətlər müstəvisində təşəbbüs zamanı deyil. Kompromisə ehtiyac yaranırsa, güzəştə gedin.
Dolça - ikinci dərəcəli işlərlə məşğul olmayın. Emosiyalarda süstlük, lənglik müşahidə ediləcək.
Balıqlar - işgüzarlıq və fəallığınızı artırın. Mühüm planlardan birini reallaşdırmaq olar. Lakin mühüm məqamlardan birini qulaqardına vurmayın.//milli.az/
Oxşar xəbərlər
Günün qoroskopu - 18 fevral
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik. Qoç - Çətin məsələlərin həllində...