Günel: "Məni qınayırlar ki, Məhərrəmlikdə nişan olar?"

Günel: Məni qınayırlar ki, Məhərrəmlikdə nişan olar?
Şou-biznes 5798

 

Müğənni Günel Zeynalova Məhərrəm ayında nişan etməsini tənqid edənlərə cavab verib. 

Axşam.az-ın məlumatına görə, ifaçı "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, söz-söhbətlərə əhəmiyyət vermir: 

"Çox xoşbəxtəm. Qəlbimi qıranlar vecimə deyil. İndi heç nə edə bilmirlər. Səsimlə hər kəsi "döyərəm". "Açıq geyindim, hansısa bardan çıxdım" tipli xəbərlərim yayılmır. Hər kəsə qismət olsun, sağ əlim başqalarının başına. Ən önəmlisi məni başa düşən, mənim başa düşdüyüm biri var. Valideynlərimizin də bir-birini başa düşməsi məni sevindirir. İki anam, iki atam var. Bəziləri qınadılar ki, Məhərrəmlikdə nişan olarmı? Hər kəs öz işinə baxsın".

Qeyd edək ki, G.Zeynalova Cem Ozan Torunlar adlı Türkiyə vətəndaşı ilə nişanlanıb.  

BAKU.WS

Son xəbərlər