Azəri Günel: “Onunla eyni yastığa baş qoyub, qocalmaq istəyirəm”
11
avq
2016
16:48
Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalova yeni işindən danışıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı şəxsi həyatından danışıb. Deyib ki, yalnız bir dəfə ailə quracaq.
"Özüm üçün nişan üzüyü eskizi hazırlamışam. Hazır olanda onu taxacağam və bir daha barmağımdan çıxarmayacağam. Azərbaycanda bir dəfə evlənirlər. Mən də bir dəfə evlənmək, onunla eyni yastığa baş qoyub, onunla qocalmaq istəyirəm” – deyə o, qeyd edib.
Qeyd edək ki, G.Zeynalova Cem Ozan Torunlar adlı iş adamı ilə sevgilidir. İfaçı pizza evini də onunla birlikdə açıb.
BAKU.WS
Oxşar xəbərlər
Günel sevgilisi ilə İzmirdə (FOTO/VIDEO)
Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova İzmirə yollanıb. BAKU.WS axşam.az-a istinadla xəbər verir ki, "Yandım evladım” mahnısına klip çəkdirən ifaçı d...