Günel yeni biznesindən danışdı (FOTO)

Günel yeni biznesindən danışdı  (FOTO)
Şou-biznes 1344

 

Türiyədə yaşayan azərbaycanlı müğənni ailə restoranından, yaratdığı brenddən və gözlənilən toyundan danışıb.

BAKU.WS məlumat verir ki, Günel Türkiyə mətbuatına müsahibəsində "Bir dəfə evlənmək olar. Məndə boşanmaq anlayışı yoxdur" deyib. 

Şəxsi həyatı haqda danışan Günel ailəsinin sahib olduqları pizza restoran haqqında bəhs edib. O, dadlı yeməklər bişirə bildiyini, mətbəxi sevdiyini, müxtəlif cür təamlar hazırladığını deyib.

Bir neçə il öncə şəxsi həyatı ilə gündəmdən düşməyən Günel bu mövzudan da yan keçməyib. O, evlilik, ailə məsələlərinin qədər-qismət işi olduğunu bildirib:

"Mən nəzərə çox inanıram və tez gözə gəlirəm. Düzdür məni sevənlər xoşbəxt olarlar, amma hazırda belə bir iş yoxdur".

Şərq qadınlarının qızıl-zinətə olan marağı onu bu sahədə biznes qurmağa da sövq edib:

"Azərbaycanda da belə məmulatları taxmağı çox sevirlər. İnsanlar mənim zinət əşyalarımı bəyənir, haradan aldığımı soruşurdular. Mən də düşündüm ki, əgər insanlar maraqlanırlarsa mən də dizayn edim. "Əlim ayağım salamatdır, edə bilərəm" dedim və başladım. "GNL Diamonds" adı ilə dizayna başladım. Briliyantlar kiçikdir, amma çox dəyərlidirlər".

Qızıl-zinət işinə başlayan ifaçı xəyallarındakı tək daş üzüyünün də eskizini hazırladığını açıqlayıb.

Azəri qızı Günel ilk müəllimi hesab edilən İbrahim Tatlısəsdən də bəhs edib. O, imperatorun haqının ödənməz olduğunu deyib. 

BAKU.WS

Son xəbərlər