Gülüstan Əliyeva göz yaşlarına hakim ola bilmədi: "Oğlum atasını görmədən dünyaya gəlib"

Gülüstan Əliyeva göz yaşlarına hakim ola bilmədi: Oğlum atasını görmədən dünyaya gəlib
Video
Şou-biznes 136

Əməkdar artist Gülüstan Əliyeva duyğusal anları ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, "İncə səhər" verilişinə qonaq olan sənətçi həyat yoldaşının vəfatından və övladının onu heç vaxt görə bilməməsindən danışıb.

Əməkdar artist efir zamanı göz yaşlarına hakim ola bilməyib:

"Mən göz önündə olan şəhid xanımıyam. Amma inanın ki, yüzlərlə belə xanım var ki, heç vaxt, heç kim onları görməyib. Efirlərdə olmayıblar. Hər zaman öz dərdləri, çətinlikləri və həyatları ilə arxa planda qalıblar. Təbii ki, dövlətimiz, hər bir insan onların yanında olub. Bu gün onlara təşəkkür etmək istəyirəm. İkinci Vətən müharibəsindən sonra hər birimiz həmin ailələrin yanında olmuşuq. Mənim oğlum da atasını görmədən dünyaya gəlib. İndi də belə uşaqlar var".

Xatırladaq ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov I Qarabağ müharibəsində şəhid olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Elxan Yunisin oğlu da məzun oldu

Elxan Yunisin oğlu da məzun oldu

Məşhur aktyor Elxan Yunisin oğlu da bu il məzun olanlar sırasındadır. BAKU.WS xəbər verir kiç bu barədə aktyor özü sosial şəbəkə hesabında məlumat paylaşıb. O,...

207 Şou-biznes 17:05 23 iyun 2026

Son xəbərlər