Fərda 2-ci dəfə ailə qurmasından DANIŞANLARA SƏSLƏNDİ - VİDEO

Fərda 2-ci dəfə ailə qurmasından DANIŞANLARA SƏSLƏNDİ - VİDEO
Video
Şou-biznes 4841
ARB TV-nin “Show news” proqramının budəfəki müsahibi aktyor Fərda Xudaverdiyev olub.İkinci dəfə ailə quran aktyor son vaxtlar şəxsi həyatı ilə gündəmə gəlməsiylə ön plana çıxır. İlk həyat yoldaşının qalmaqallı açıqlamasından sonra isə Fərda olanlara belə münasibət bildirib:“Jurnalist dostlarıma toyumda belə dedim ki, kameraları evə qoyun. Bu qədər işin qabağında şəxsi həyatımdan danışılırsa, sizi də qınayıram. Bu mənim şəxsi həyatımdır. Şəxsi həyatımla bağlı mənə heç kim sual verməsin. Kimsə mənim 2-ci dəfə ailə qurduğumu görərsə, övladımla görərsə, yaxınlaşıb dost kimi soruşar. Şəxsi həyatımla əlləşən bəzi adamlara isə demək istəyirəm ki, gedin özünüzə iş tapın”.Qeyd edək ki, Fərda Xudaverdiyev ilk həyat yoldaşından keçən il boşanıb. Daha sonra ikinci dəfə ailə həyatı qurub. Onun 3-cü oğlu 6 ay əvvəl doğulub.BAKU.WS

Son xəbərlər