Fərda pis vəziyyətdə qaldı: avtobusda tanımadılar - (VİDEO)
Yumor ustası Fərda Xudaverdiyev bahalı avtomobilindən enib avtobusa minib.
Axşam.az-ın məlumatına görə, "Xəzər Maqazin”in qonağı olan aktyor bu dəfə ictimai nəqliyyatdan istifadə edərək keçmişinə qayıdıb. Fərda ssenarilərini vaxtilə avtobuslarda yazdığını bildirib:
"Bütün ssenarilərimi avtobusda yazmışam. Evimizin yanından 2 nömrəli avtobus işləyirdi. Konduktordan başqa bütün işlərdə çalışmışam. Yəni, konduktor işinə düzəltsəydilər, onu da işləyərdim. Düzəltməyiblər, işləməmişəm. Qarpız satan adamam”.
F.Xudaverdiyev avtobusda gözləmədiyi vəziyyətlə üzləşib. Sərnişinlərdən birinin Fərdanı tanımaması aktyoru pis vəziyyətdə qoyub. "Sən Bakının harasında yaşayırsan? Səndən avtoqraf alacağam” deyən Fərda vəziyyətdən çıxış yolu kimi "Yəqin yaxşı dərs oxuyur, televizora baxmır, internetlə maraqlanmır” deyib.
BAKU.WS
Oxşar xəbərlər
Fərdanın qalmaqallı konsertindən... (FOTO)
Dünən, yəni mayın 5-i Nizami Kino Mərkəzində baş tutan Fərda Xudaverdiyevin "Selfinaz 2" stand up şousu öncəsi qalmaqal yaşandı. Hələ şouya saatlar qalmış medi...