Fatma Girikin ölümündə səhlənkarlıq iddiası ilə bağlı qərar verildi

Türk kinosunun əfsanəvi aktrisası Fatma Girik 2022-ci il yanvarın 24-də COVID-19-a bağlı çoxsaylı orqan çatışmazlığı səbəbilə dünyasını dəyişmişdi. Onun ailəsi müalicə prosesi zamanı səhlənkarlıq edildiyi iddiası ilə İstanbulun Ulus səmtində yerləşən özəl xəstəxana və orada çalışan baxıcı barəsində prokurorluğa şikayət etmişdi.
BAKU.WS xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun başlatdığı araşdırma yekunlaşıb. 18 fevral 2025-ci il tarixli qərarda "istintaqa ehtiyac olmadığı" qeyd edilib. Qərarda xəstəxananın həkimləri və baxıcı Fatma Ahu Turanlı şübhəli qismində yer alıblar.
Prokurorluq Səhiyyə Nazirliyinin Peşə Məsuliyyəti Komissiyasının və infeksionistlərlə ağciyər xəstəlikləri üzrə mütəxəssislərin rəyini nəzərə alıb. Ekspert rəylərində bildirilib ki, Fatma Girikin 78 yaşında olması, ümumi sağlamlıq durumu və COVID-19-un klinik gedişatı səbəbilə ölüm təbii şəkildə baş verib və tibbi müdaxilədə hər hansı bir səhvə yol verilməyib.
Sənədlərə görə, Fatma Girikin ilk COVID-19 testi neqativ çıxsa da, yanvarın 21-də edilən ikinci test pozitiv nəticə verib. O, nəfəs darlığı və orqan çatışmazlığı əlamətləri səbəbilə reanimasiya şöbəsinə yerləşdirilib, lakin bütün müdaxilələrə baxmayaraq yanvarın 24-də vəfat edib.
Oxşar xəbərlər
Aktyor Kann Film Festivalında jurnalistə qışqırdı – səbəb nə olub?
Dünya şöhrətli Hollivud ulduzu Denzel Vaşinqton Fransada keçirilən Kann Film Festivalında xoşagəlməz hadisə ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, 70 yaşlı...
