"Eşref Rüya" üçün final qərarı verildi
"Kanal D" ekranlarında yayımlanan və baş rollarında Çağatay Ulusoy ilə Demet Özdemirin yer aldığı "Eşref Rüya" serialı yaxın zamanda tamaşaçılarla vidalaşacaq.
BAKU.WS xəbər verir ki, layihənin istehsalçısı olan TİMS&B Productions tərəfindən yayılan açıqlamada serialın daha 3 bölüm davam edəcəyi, ardından isə final edəcəyi bildirilib.
Şirkət layihədə çalışan yaradıcı heyətə və serialı izləyən tamaşaçılara təşəkkür edib.
Sosial mediada yayılan iddialara əsasən, ssenaridə son dönəmdə edilən dəyişikliklər izləyici marağının azalmasına səbəb olub.
Bildirilir ki, reytinqlərdə müşahidə olunan geriləmə ekran işinin planlaşdırıldığından daha tez başa çatdırılması qərarını sürətləndirib.
Oxşar xəbərlər
Kenan Doğulu, Beren Saat və Kerimcan Durmaz saxlanılıb
Türkiyədə məşhurlara qarşı aparılan narkotik və fahişəliklə bağlı istintaq çərçivəsində yeni əməliyyat keçirildiyi bildirilir. BAKU.WS xarici KİV-ə istinadən xə...