"Eşref Rüya"nın aktyorları gənc həmkarlarının yas mərasiminə qatılmadı

Eşref Rüyanın aktyorları gənc həmkarlarının yas mərasiminə qatılmadı
Video
Şou-biznes 1609

Ötən gün vəfat edən "Eşref Rüya" serialının aktyoru Ramazan Tetik dəfn edilib.

BAKU.WS xəbər verir ki, dəfndən əvvəl yas mərasimi təşkil edilib. Yasda aktyorun ailə üzvləri, yaxınları və dostları iştirak ediblər.

Onun İstanbulun Küçükçekmece rayonundakı Yıldız məscidində cənazə namazı qılınıb. Ardından isə Köhnə Çekmeköy qəbiristanlığında dəfn edilib.

Cənazədə diqqətçəkən məqam aktyorun rol aldığı "Eşref Rüya" serialındakı heç bir həmkarının onun dəfnində iştirak etməməsi olub.

Xatırladaq ki, "Eşref Rüya" serialının gənc aktyoru Ramazan Tetik vəfat edib. O aorta damarının yırtılması nəticəsində həyatını itirib.

37 yaşlı Tetik 13 saat davam edən riskli əməliyyatdan sonra reanimasiyaya yerləşdirilmişdi. Daha sonra gənc aktyorun vəfat xəbəri gəlib. Bu xəbər onu sevənləri yasa boğub.

Aktrisa Çiğdem Tunçun paylaşımına görə, Ramazan Tetik aktyorluqla yanaşı kuryer kimi də çalışıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər

Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər

Aparıcı Saleh Bağırov Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Cananaya yazdığı sərt sözlərlə gündəmə gəlib.  BAKU.WS "axşam.az"a istinadən xəbər veri...

83 Şou-biznes 14:22 31 may 2026

Son xəbərlər