Eldar Mahmudovun oğlunun holdinqi: “Yaguar”lar, “Range Rover”lər, elit şərablar...
Azərbaycanda holdinqlərin, iri şirkətlərin məmurlara yaxın olması heç kimə sirr deyil.
2006-cı ildən fəaliyyət göstərən "Caspian Crystal” şirkətlər qrupunun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olduğu iş dünyasına yaxşı məlumdur.
"Caspian Crystal” holdinqin İdarə Heyətinin sədri Anar Eldar oğlu Mahmudovdur. "Marja”nın araşdırması nəticəsində məlum olub ki, "Caspian Crystal” bir neçə istiqamətdə ixtisaslaşıb - katerinq, qida, restoranlar və avtomobil satışı. "Caspian Crystal” şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin - "Wine City”nin yaradıcısıdır. Hazırda Bakıda bu adla 2 butik fəaliyyət göstərir. "Wine City” mağazasında 18000 şüşənin saxlanıldığı şərab anbarı yaradılıb.
Öz fəaliyyətinə restoran biznesi ilə başlayan "Caspian Crystal” şirkəti "Beluga”, "Salvador Dali”, "Lord”, "VİP”, "Velluto” və "Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb. "Caspian Crystal” şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşıb. Şirkət quruda olduğu kimi neft platformaları və açıq dənizdəki gəmilərdə də qida xidməti göstərir.
Azərbaycanda "Range Rover”, "Yaguar”, "Maseratti” avtomobillərinin və "Dicati” motosikletlərinin rəsmi distribütoru olan "Crystal Motors” şirkəti də "Caspian Crystal” holdinqinə bağlıdır. "Caspian Crystal”ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində "Caspian Crystal” plazada yerləşir.
BAKU.WS
Oxşar xəbərlər
Eldar Mahmudovun əmisi oğlu vəzifəsindən azad olunub
Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov vəzifəsindən azad edilib BAKU.WS-in Report-a istinadən verdiyi məlumata görə, bununla bağ...