Azərbaycanda “Hicablı şərab” qalmaqalı (VIDEO)
Bakı şəhərinin müxtəlif şərab dükanlarının vitrinlərində yer alan bu şərabın fotosu sosial şəbəkələrdə əməlli başlı qalmaqala səbəb olub.
Səbəb isə şərab şüşəsində hicablı qız şəklinin əks olunmasıdır. Sosial şəbəkə istifadəçiləri spirtli içki üzərində bu təsvirin yer aldığını qəbuledilməz hesab edirlər.
ATV XƏBƏR-IN araşdırmasından sonra məlum olub ki, bu dizaynda olan şərab markaları hətta bir neçədir. Şərabların hər birinin üzərində Azərbaycan istehsalı olduğu göstərilir.
Məlumata görə, bu şərab markaları müxtəlif ölkələrə xüsusilə Rusiyaya ixrac olunur. Satıcıların sözlərinə görə, bu növ şərablar son günlər bazara çıxarılıb.
BAKU.WS
Oxşar xəbərlər
Milyarderin nəvəsi pul qarşılığında qızları küçədə soyundurdu (VİDEO)
Rus milyarderin nəvəsi yenə qalmaqala səbəb olacaq video yayıb. BAKU.WS məlumat verir ki, Rusiyada tikinti sektoru oliqarxlarından olan milyarder İqor Nekladk...