Bakıda təhlükəsizlik kamerasına düşən qəddar oğruların fotorobotu hazırlanıb (VİDEO)

Bakıda təhlükəsizlik kamerasına düşən qəddar oğruların fotorobotu hazırlanıb (VİDEO)
Video
Hadisə 1685

Avqustun 23-də Bakının Binəqədi rayonunda quldurluq hadisəsi törədilən içki dükanının müdiri cinayətkarın fotorobotunun çıxarıldığını bildirib.

Bu barədə "Şərab Evi" marketinin müdiri Zahir Salamov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, gecə saatlarında 2 nəfər naməlum şəxs Binəqədi şossesində yerləşən "Şərab Evi" marketinə gəlib.

Onlar satıcı, 1989-cu il təvəllüdlü Elçin Xasıyevdən energetik içki istəyiblər. Satıcı əyilib içkini götürmək istədikdə həmin şəxslər onun başına şüşə butulka ilə zərbələr endiriblər. E.Xasıyev özündən gedəndən sonra naməlum şəxslər mağazanın kassasından 400 manatdan artıq pulu götürərək aradan çıxıblar. "Hazırda iş Binəqədi rayon polis İdarəsi 4-cü polis bölməsində araşdırılır. Cinayətkarın fotorobotu da çıxarılıb. İnanıram və arzu edirəm ki. tezliklə cinayətkar tapılacaq”, - deyə Zahir Salamov bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə iş başlanılıb. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda təhlükəsizlik kamerasına düşən qəddar oğurluq hadisəsi (VİDEO)

Bakıda təhlükəsizlik kamerasına düşən qəddar oğurluq hadisəsi (VİDEO)

Bakının Binəqədi rayonu ərazisində mağazalardan birinə basqın hadisəsi təhlükəsizlik kameralarının yaddaşına düşüb. BAKU.WS-in məlumatına görə, iki nəfər mağa...

3374 Hadisə 10:46 31 avqust 2015

Son xəbərlər