Eks "kedicik"dən Adnan Oktarla bağlı QORXUNC müsahibə

Eks kedicikdən Adnan Oktarla bağlı QORXUNC müsahibə
Şou-biznes 4719
"Ən gözəl illərim lüks həbsxanada keçdi". Həbs edilən Adnan Oktardan qaçan eks kedicik Ceylan Özgül belə deyib.BAKU.WS 2017-ci ildə A.Oktarın yanından qaçmağı bacaran C.Özgülün Posta qəzetinə müsahibəsini təqdim edir:- Adnan Oktarı tanıdığınızda neçə yaşınız vardı?- 24 yaşındaydım. 35 yaşındaykən də ayrıldım. İstanbul Üniversitetinin İngilizcə Tərcüməçilik fakultəsinin son kursundaydım. Məni onunla bir oğlan dostum tanış etdi. O yaşlarda idealist bir gənç qız idim. Dini öğrənmək istəyirdim. Adnan Oktar "Harun Yəhya" adıyla kitablar çıxarırdı. “İslam əxlaqını dünyaya tanıdacağıq, Darvinizmlə mücadilə edəcəyik" şüarları ilə fəaliyyət göstərirdi. Aldadıldım. Aldandım.- Orada zaman necə keçirdi? - İnandıqdan sonra onlarla bərabər yaşamağa başladım. Vitrin önündəki həyatları bayırdan cazibəli görünürdü. Mən də dindar olmağa həvəslənirdim. Mənə dini öyrədəcəklərinə inandım. Lakin çox yanlış şeylər öyrəndim.- Ailənizin maddi durumu yaxşı idi?- Yaxşı idi. Mən xidmət etməyə getdim.- Ailən necə qarşıladı?- Əsla istəmədilər. Anam mənim dərdimdən xərçəng oldu, öldü. 2007-ci ildə atam məni onların əlindən qaçırtdı, amma təəssüflər olsun ki, başına gəlməyən qalmadı. Həbsxanaya belə düşdü. Ailəmi qorumaq üçün atama iftira belə atdım. Ailəmə çox pis günlər yaşatdım. Özüm də əzab çəkirdim. Lüks bir cəza evində kimi idik...- O evlərdə neçə qadın olurdu?- Dəyişirdi. 20 də olurdu, 12 də. Toplam 35-40 nəfərlik bir şəhərcik kimi bir yer düşünün. Hərəmxana sözü yerinə düşərdi. - O geyim tərzini, aşırı makiyaj və estetik əməliyyatları dinlə necə uyğunlaşdırırdız?- Əvvəlki qadınlar uzun paltarlar geyinirdi. Təşkilat bu illər ərzində ciddi bir dəyişikliklərdən keçdi. Siz ən son halını gördünüz. - Adnan Oktar sizinlə yaşayırdı?- Təbii, bərabər yaşayırdıq.- Necə bir yaşayış idi?- Təşkilatda bir həbsxana sistemi vardı, hər kəsin vəzifəsi fərqli idi. Məsələn, mən uzun illər araşdırma apardım. Elmi konfranslarda iştirak üçün hazırlanırdım. Təşkilatın iç üzünü yavaş-yavaş anladım. 2011-ci ilin sonunda gerçəyi təmamən anladım.- Sizi ən çox özünüzdən çıxaran, təkrar-təkrar qaçma nöqtəsinə gətirən nə idi?- Ən pisi dövlətə verilən zərər idi. Dövlətin arxasından siyasi işlər görülürdü. Bunlar məni özümdən çıxarırdı. Birinin bunları üzə çıxarıb durduması lazım idi. Bu səbəbdən Adnan Oktarla çox davalar etdim. Cəza da aldım.- Qadınlar nədən bir-birinə bənzəyir?- Əslində qadınlar bir-birinə bənzəmir. Siz 80 qadın arasından seçilmiş 6-7 nəfəri görürsüz. Botokslu, ful makiyajlı olmaları təmamən Adnan Oktarın züvqüdür. O görüntünü fotoşopla, filtrlərlə yaradırdılar.- O tərz geyinmək xoşunuza gəlirdi?- Buna məcbur idik. Cariyə, kölə kimi idik.- Efirdə gördüyümüz qadınların həyatı necə idi?- Gördüyünüz həyat bir vitrin idi. O proqramdakı söhbətlər, rəqslər, əyləncələr arxa plandakı fəaliyyətini gizlətmək üçün bir şou idi. - Bu lüks həyatın qaynağı nə idi. Pul haradan gəlirdi?- Çirkli pulların "yuyulması", saxtakarlıq... Xeyriyyəçilik adı altında milyonlar toplanırdı. Müridlərin də pulunu əlindən alırdı. - Mürid olaraq zəngin ailələrin övladlarını seçirdi?- Zəngin ailədən olanı da vardı, olmayanı da. Çox gənc yaşda təşkilata cəlb edilirdi. Sonrakı illərdə uğurlu iş adamı olmağı bacarırdılar və milyonlarla gəlirlər əldə edirdilər. Adnan Oktar bütün pullarını əllərindən alırdı. O təşkilatda kimsənin özünə aid həyatı yox idi.- Neçə dəfə qaçmısız?- 2007 və 2013-cü ildə qaçmışdım. Təkrar təşəbbüs etməyim deyə bir neçə gün yaxşı davranırdılar. Sonra cəza...- İşgəncə edirdilər?- Qadınları döyürdü. Saçlarını və qaşlarını qırxırdı... Kişi müridlərə bunu etmirdi.- Bəs niyə dözürdüz?- Çünki onu ittiham etməyək deyə asılılıq yaradan narkotik dərmanlar və maddələr verirdi.- Qaçdıqdan sonra nə oldu?- Qurtula bilmirdim, çünkü bir müridlə saxta olaraq evləndirilmişdim.- O necə olur?- Ailələrin əlini-qolunu bağlamaq üçün qızlar oradakı kişilərlə evləndirilirdi. Bu normal bir evlilik olmurdu. O insanı sadəcə evləndiyimiz an görürdük. “Ərim” dediyimiz insanı küçədə görsək belə tanımazdıq. Sadəcə nikah məmurunun önündə bərabər otururduq, sonra fərqli qapılardan çıxıb gedirdik. Həm də, biri soruşduqda "müridlərimiz evlidirlər" demək üçün idi.- Cinsi istismara məruz qaldınızmı?- Mən qalmadım, amma başqa qızların yaşadıqlarına çox şahid oldum. 7, 10, 16 yaşlı qız uşaqlarına belə təcavüz edildiyini eşitdim. Bəzi ailələr ya pul üçün, ya da inandıqları üçün qız uşaqlarını özləri gətirib onların əlinə verirdi. Orada fərqli hücrələr var. Kiçik qızlara təcavüz edilirdi. Qızların zorla məktəbdən çıxarırdılar. Öz həyatlarının olmasına izin vermirdilər. Oradan ayrılmaq istəyənlərə şər atılırdı. Özləri isə hər cür pislik edirdi. Vergi, əskərlik məsələlərində də korrupsiya vardı. Silah alverilə məşğul idilər. - Adnan Oktarla cinsi münasibətiniz oldumu?- Xeyir, zatən Adnan Oktar cinsəl münasibətə girə bilmir. Qasıq yırtığı var.- Yəni oradakı qadınların heç biri ilə münasibəti yox idi?- Qadınları kölə olaraq görürdü. “Mənə xidmət edərək İslama xidmət edirsiz” deyirdi. Heç kimlə cinsi əlaqəyə girmirdi, amma fərqli metodlardan istifadə edirdi. Yaş fərqi qoyulmadan hər qıza eyni şeyi edirdi. Detalları açıqlamaq istəmədiyim üsulları vardı.- Ondan çox qorxurduz?- Əlbəttə! Hər kəs qorxurdu. Amma artıq səbrimiz qalmamışdı. Ona görə polisə getdik.- “Kedicik deyib keçməyin, hamısının silahı var” dediniz...- Zatən silahlı fotoları çıxdı. Kandillidəki ərazinin ətrafı silahlılar tərəfindən qorunurdu. Çünkü, təbii olaraq çok düşmanı vardı. - Təşkilatdakı insanların bir-birilə münasibəti necə idi?- Təşkilatın cəsus sistemi vardı. Adnan Oktarın bəyənmədiyi hərəkəti edəndən xəbər çatdırmaq həmin müridə xal qazandırırdı. Ona görə orada gerçək dostluq mümkün deyildi.- Məşhurların xeyriyyə məqsədilə təşkilata pul köçürməsi doğrudur?- Xeyir, məşhurlar onun yanına gəlsin deyə pul verirdi. Qeyd edək ki, 250 müridi olan Adnan Oktarın keçmiş müridi Ümid Kuruca təşkilatın qız ovlama komandasının olduğunu açıqlayıb. Onun sözlərinə görə, 15 nəfərlik qrupa Bora Yıldız başçılıq edib. Qrup üzləri bahalı qiyafətlərlə, avtomobillərlə zəngin imici yaradaraq qızları tələyə salırdılar. İş, ya da evlilik vəd edərək tanış olduqları qızlarla sevgili olurdular. Sonra təşkilata gətiririb diğər müridlərlə münasibətə məcbur edirdilər. Bu qızlar müxtəlif qrup seks seanslarından sonra Adnan Oktara təqdim edilirdi. Yaşlarının heç bir önəmi yox idi. Heç bir qıza rəhm edilmirdi. Bu münasibətlər videoya çəkilib, xaricdə arxivləşdirilirdi. Təşkilatdan ayrılmaq ayrılmaq istəyən bu görüntülərlə təhdid edilirdi".Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər