Dünyanın ən kök uşağı: 5 nəfərin yeməyini yeyir

Dünyanın ən kök uşağı: 5 nəfərin yeməyini yeyir
Şou-biznes 1731

 

Dünyanın ən kök uşağının fotoları yayılıb.

BAKU.WS-in məlumatına görə, 10 yaşındakı Arya Permana sürətlə kökəlməkdən əziyyət çəkir. 192 kilo olan Permana gündə 5 pors plov və ət yeməkləri yeyir.

Ailəsi uşaqları üçün paltar tapmaqda çətinlik çəkir. Gəzə bilmədiyi üçün məktəbdə oxuya bilməyən balaca uşaq artıq çəki səbəbindən tənəffüs problemləri ilə üzləşib.

Permananın anası uşağın ölməsindən qorxduqları üçün diyetaya başladıqlarını söyləyib. Hazırda diyeta ilə qidalanan balacanın yeməyi ilə  iki insan doya bilər.

"Permana ya yemək yeyir, ya da yatır. Doğulduğunda normal idi. 2 yaşından sonra sürətlə kökəlməyə başladı", - deyə uşağın anası söyləyib. 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər