Azərbaycanda 6 yaşlı uşağın qətlinin səbəbi bilindi (Uşağın anası və əmisi danışdı)
Beyləqanda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. Rayonunun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərovun 6 yaşlı oğlunun boğazını kəsməsinin səbəbi oğlunu anasına vermək istəməməsi olub.
BAKU.WS-in məlumatına görə, qatilin qardaşı Vahid İsgəndərov musavat.com-a açıqlamasında hadisənin baş vermə səbəblərini açıqlayıb. Onun sözlərinə görə, buna səbəb qardaşı ilə qayınatası və yoldaşı arasında son günlər baş verən mübahisə olub. Z.İsgəndərov oğlunu anasına vermək istəmirmiş. Hətta buna görə bir neçə dəfə qayınatası ilə aralarında ciddi mübahisələr olub və qayınatası ondan polisə şikayət edib.
Dəhşətli qətli törədən Z.İsgəndərov daha sonra qardaşına zəng edib və oğlunu öldürdüyünü söyləyib: "Çox vaxt axşamlar uşağı kəndə mağazaya aparırdı. Elə həmin gün də bu adla uşağı evdən götürüb. Qardaşım içki içən idi. Amma uşağa indiyə qədər bir sillə belə vurduğunu görməmişəm. İçəndən sonra başqaları ilə dalaşardı, onları söyərdi. Amma uşağına heç nə etməzdi. Axşam zəng elədi dedi ki, uşağın başını kəsmişəm. Dəhşətə gəldim, inanmadım. Dedi ki, filan yerdədir, gedin götürün”.
Vahid İsgəndərov qardaşının belə bir əməl törətməsinin səbəbi kimi yoldaşı və qayınatası arasında olan mübahisəli vəziyyəti göstərdi: "Hadisəyə səbəb onların münqaqişəli ailə olması oldu. Yoldaşı bundan ayrılmaq istəyirdi. Uşağın biri kənddə, bizimlə qalırdı. Biri də anası ilə qalırdı. Onlar da məhkəməyə verib, uşağı qardaşımdan almaq istəyirdilər. Bunların rəsmi nikahları belə yoxdur. Yoldaşı atası ilə birləşib uşağı almaq istəyirdi. Bu da vermirdi. Axırı da belə dəhşətlə sona çatdı”.
Digər məlumata görə, son vaxtlaradək Z.İsgəndərovla qayınatası arasında münasibətlər normal olub. Hətta onlar bir neçə gün əvvəl birlikdə yeyib-içiblər də. Bu məclisdən sonra söhbət yenə də uşağın qaytarılması məsələsindən düşüb. Tərəflər bir-birini təhqir ediblər. Bundan sonra isə qayınatası Zahiddən polisə şikayət edib. Z.İsgəndərov məhkəməyə veriləcəyi təqdirdə uşağın ondan alınacağını bilib. Hər gün içki içən Z.İsgəndərov uşağı anasına və qayınatasına vermək istəmədiyi üçün bu addımı atıb.
Atası tərəfindən boğazı kəsilərək qətlə yetirilən Ümid İsgəndərovun anası Mahirə Abışova isə Anspress-ə açıqlamasında deyib ki, keçmiş həyat yoldaşı hadisədən bir gün öncə onlara zəng edərək təhqir edib. Lakin uşağını danışmağa qoymayıb."Telefonu əlindən aldı. Ağzını açanda söyüş söyür deyə mən telefonu bağladım. Mənimlə qəsdi-qərəzliyi var idi. Ona görə də mənim balamı öldürdü "
Qadın aildə yaranmış münaqişyə görə, 2 ayd an çoxdur ki, iki oğlunu da götürərək atasının Beyləqan rayonunda məskunlaşdığı evə gedib. Daha sonra həyat yoldaşı Zahid İsgəndərov övladlarını zorla ondan alıb. Kiçik oğlu balaca olduğundan anasına qaytarsa da, 7 yaşlı Ümid İsgəndərov atası ilə qalıb. Zahid İsgəndərovun Mahirədən əvvəlki nigahından da iki övladı olduğu deyil.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dəhşət: Ata 6 yaşlı oğlunun başını kəsdi
Beyləqanda dəhşətli qətl törədilib. BAKU.WS-in məlumatına görə, rayon polis şöbəsindən APA-ya bildirilib ki, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alını...