Demet Bakı konsertinin afişasına görə Muratı təhqir etdi: “Qudurma!”

Demet Bakı konsertinin afişasına görə Muratı təhqir etdi: “Qudurma!”
Şou-biznes 1841

Demet Akalınla Murat Dalkılıç arasında Yeni il gecəsi Bakı Olimpiya Stadionundakı çıxış ətrafında qalmaqal daha da güclənir.

BAKU.WS "Posta”ya istinadən xəbər verir ki, dekabrın 31-də Bakıda konsert verdikdən sonra Türkiyəyə qayıtmaq məqsədilə təyyarə kirayələmək istəyərkən anlaşılmazlıq yaşayan türkiyəli müğənnilər, indi də konsertin afişasından dolayı söz davasına çıxıblar.

Demet Akalın afişada öz adında sonra Murat Bozun adının ondan sonra yazılmasına etiraz edən həmkarına "Özünə gəl” deyib.

Demet Akalın "Twitter”də Murat Dalkılıça ünvanlanan status yazıb.

"Pula görə qudurğanlıq etmək lazım deyil. Böyük-kiçik yeri bilmək lazımdır. Əlbəttə ki, elanda sənin adın məndən sonra yazılacaq. Oğlum, sənə nə olub? Özünə gəl” – deyə, D.Akalın qeyd edib.

Aysel.Ş

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər