İDEAL” mağazalar şəbəkəsinin eks – baş direktoru barəsində cinayət işi başlanması xəbərinə aydınlıq gətirib

İDEAL” mağazalar şəbəkəsinin eks – baş direktoru barəsində cinayət işi başlanması xəbərinə aydınlıq gətirib
Şou-biznes 3119
Məşhur parfumeriya və kosmetika mağazaları şəbəkəsi olan “İDEAL”ın keçmiş baş direktoru İlqar İsmayılov barəsində cinayət işi başlanması haqda mətbuatda yayılan məlumatlar həqiqətəuyğun deyil.İlqar İsmayılovun vəkilinin BAKU.WS-ə verdiyi məlumata görə, bu haqda yayılan məlumatlar cəfəngiyyatdır. Qeyd edək ki, yayılan məlumatlarda guya İlqar İsmayılovun Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda olduqda), 320.1. (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham olunduğu iddia edilirdi. Binəqədi Rayon Məhkəməsində onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi deyilirdi. Xatırladaq ki, İ. İsmayılov bu ilin yanvarında vəzifəsindən istefa verib.BAKU.WS

Oxşar xəbərlər

Uşaq ölümündə təqsirləndirilən həkimdən 100 min manat təzminat tələb olundu

Uşaq ölümündə təqsirləndirilən həkimdən 100 min manat təzminat tələb olundu

Sumqayıt şəhər məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə pros...

5409 Hadisə 17:50 08 iyun 2017

Son xəbərlər