Bakıda saxta dollar hazırlayan şəxs azadlıqdan məhrum edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul hazırlamaq və satmaqda təqsirləndirilən Nicat İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N. İsmayılov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N. İsmaylov külli miqdarda saxta ABŞ dolları hazırlamaqda təqsirləndirilib. Ona Cinayət Məcəlləsinin 204.1 (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda hamilə qadını zorlayan, əlini ütü ilə yandıran şəxsə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hamilə qadını əzab verməkdə, zorlamaqda, quldurluqda təqsirləndirilən Rüfət Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi...