Cümə gününə ulduzlar nə vəd edirlər? 23.02.2018
23
fev
2018
07:30
Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın:Qoç:Qarşınızda ziddiyyətli məqamlar dursa da, iştirakçısı olduğunuz situasiyanı mövqeyinizə uyğunlaşdırmağı bacaracaqsınız. Bu baxımdan bəzi məsləhətləşmələr səmərəli ola bilər.Buğa:Peşənizlə bağlı işlərdə passivlik gözlənildiyindən enerjinizi münasibətlər istiqamətinə yönəldin. Araları soyuyan insanları barışıdırın. Axşama doğru ehtiyyatlı olun.Əkizlər:Bu vaxta qədər nail ola bilmədiyiniz bəzi planları aktiv müstəviyə çıxarmaq üçün şanslar yaranacaq. Bəzi dostların da deyilən məsələdə sizə köməyi dəyəcək. Büdcənizdə dönüş də mümkündür.Xərçəng:Ulduzlar bir an da boş oturmamağı məsləhət görür. Mühüm sirlərinizi başqalarına açmayın ki, sonra sizə əngəl yaratmasınlar. Bu füsunkar təqvimin bütün öhdəliklərinə doğru qətiyyətlə irəliləyin.Şir:Qarşınızda romantik bir gün durur. Bu səbəbdən də fəaliyyətə ara verib ürəyinizə yaxın insanlarla bir yerdə olun. Ailə-sevgi münasibətlərində təşəbbüskarlığı ələ alın.Qız:Səhhətinizdə və ovqatınızda neqativ halların baş qaldırması fəaliyyətinizdə xoşagəlməzlik yarada bilər. Bu səbəbdən istirahət etmək və ya səfərə çıxmaq sizi sakitləşdirə bilər. Tərəzi:Planetlərin bürcünüzdəki neqativ quruluşu müəyyən vaxt ərzində riskdən və gizli sövdələşmələrdən uzaq olmağınızı tövsiyə edir. Olduqca ehtiyatlılıq göstərməli, müdafiəni gücləndirməlisiniz.Əqrəb:Fiziki işlərlə olmasa da, zehni və mənəvi məsələlərdə ulduzlar yardımçınız olacaq. Perspektivli müzakirələr, yeni tanışlıqlar üçün şanslarınız artacaq. Dinə zidd hərəkətlərə yol verməyin.Oxatan:Ardıcıl səhvlərə son qoymaq istəyirsinizsə, bu tarixdən maksimum yararlanın. Çətin mərhələlərdə təcrübəli adamlarla məsləhətləşin. Əsas diqqəti isə ailə və sevgiyə yönəldin.Oğlaq:Bütün vacib işlərinizi nahara qədər həyata keçirin ki, sonrakı müddətdə mənəvi duyğulara qapıla biləsiniz. Doğmalarınızla münasibətlərdə sülhpərvər mövqeyə sahib olun.Dolça:Günün ümumi olaraq yaxşı keçəcək. Narazı qalmayacaqsınız. Yaranacaq problemlərə görə, başqalarını deyil, özünüzü də günahlandırın. Savab işlərinizin sayını artırın.Balıqlar:Baxmayaraq ki dünəndən mənfi enerjili Ay bürcünüzdə qərar tutub, ötən günlərdən başladığınız əksər işləri uğurla davam etdirə biləcəksiniz. Hər hansı mübahisəyə isə yol verməyin.23.02.2018 olan "Ulduz falını" sizə təqdim etdik. Lakin bir vacib məqamı heç vaxt unutmayın. Günəşdən, aydan və ulduzdanda yüksəkdə yalnız Allahdır!Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Ulduzlar cümə axşamına nə vəd edir? 22.02.2018
Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın:Qoç:Ürəyinizdən Tanrı eşqini aza...