Bürclər nə vəd edir? - 19 may

Bürclər nə vəd edir? - 19 may
Şou-biznes 1666
 

Qoç - Yaradıcılıq planlarını reallaşdıra bilərsiniz. Problemlərin həllinə fərdi yanaşın.

Buğa - Yaşam tərzi sizdən aktiv olmağı tələb edir. Başqalarının laqeydliyindən yararlanmayın. 

Əkizlər - Günün ilk yarısında yaxşı əhvalınız olacaq. Hadisələrə nikbin yanaşın. 

Xərçəng - Tənbəllik etməyin. Axşam saatlarında bədxərclik etməyin. 

Şir - Əlverişsiz vəziyyətdən asanlıqla çıxış yolu tapa bilərsiniz. Yaşamınızda dəyişikliklər başlanacaq.

Qız – Qarşıda yeni və fərqli ideyalar var. Məqsəd və məramlarınızı səhər saatlarından etibarən reallaşdırmağa başlayın. 

Tərəzi - Hisslər və  emosiyalar sizi idarə etməsin. Bacarıq və istedadınızı nümayiş etdirin. Sevdiyiniz işlərlə məşğul olmaq üçün əlverişli zamandır.

Əqrəb - Məqsədə çatmaq üçün effektiv vasitələrdən istifadə edin. Axşam saatlarında gəzintiyə çıxın.

Oxatan - Sizi dəstəkləyən, yardımlarını əsirgəməyən insanlara minnətdarlıq etməyi unutmayın. Yeni işlər üçün maliyyə ehtiyatı tapa bilərsiniz. 

Oğlaq - Günün ilk yarısı ağır fiziki əmək yox, yaradıcılıq üçün daha əlverişlidir. Vədlərə, təkliflərə aldanaraq yolunuzdan dönməyin.

Dolça - Yaxın ətrafınızdakı insanların maraqlarına zidd addım atmaq niyyətiniz varsa, yaxşıca düşünün. Kredit götürməyin, borcları vaxtında qaytarın.

Balıqlar - Başqalarının oyunlarına qatılmayın, məkrli planın qurbanına çevrilməyin. Problemlərin həllinə kreativ yanaşın. 

Oxşar xəbərlər

Bürclər nə vəd edir? - 14 may

Bürclər nə vəd edir? - 14 may

Qoç - Qətiyyət və iradə ilə çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz.Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Buğa - Bütün müh...

1462 Şou-biznes 00:03 14 may 2016

Son xəbərlər