Bürclər nə vəd edir? - 18 iyun

Bürclər nə vəd edir? - 18 iyun
Şou-biznes 1834
 

Qoç - Məsuliyyətli olmalısınız. Əks təqdirdə bir sıra problemlərlə üzləşəcəksiniz. 

Buğa - Hansısa ciddi problemlə rastlaşmağınız gözlənilmir. Görüşdüyünüz şəxslər həyata daha pozitiv baxmağınıza səbəb olacaqlar. 

Əkizlər  - Üzərinizə düşən işləri indidən planlaşdırın. Hər bir məsələdə qarşı tərəfin rəyini nəzərə alın. İnadkarlıq etməyin.

Xərçəng - Yeni işlərə başlamaq üçün uyğun dövr deyil. Bəxt oyunlarında qazanmaq ehtimalınız böyükdür. 

Şir - Sevgi münasibətində hər şey ürəyinizcə olacaq. Sizə karyerada yüksəlmək üçün stimul verən ünsürlərin sayı artacaq.

Qız – Güvənmədiyiniz adamlardan uzaq olun. Hər hansı mübahisə zamanı dərhal oradan uzaqlaşın. 

Tərəzi - Bu gün fərdi yaradıcılığınız üçün uğurlu olacaq. İstirahət günü olmağından istifadə edərək əyləncəyə zaman ayırın. 

Əqrəb - Əhvalınız yaxşı olmayacaq. Gərginlik keçirəcəksiniz. Çalışın üzünüzü güldürən insanlarla birlikdə olasınız. 

Oxatan – Kifayət qədər xoşbəxt hiss edəcəksiniz. Xırda maliyyə problemləri yaşasanız da, üzünüzdən gülüş əskik olmayacaq. 

Oğlaq - Sağlamlığınızı qoruyun. Yağlı, şəkərli qidalardan uzaq durun. Lazımsız yerlərə pul xərcləməyin. 

Dolça - Günün çox hissəsini yataqda keçirəcəksiniz. Tənbəllik sizi bir çox uğurdan uzaq salacaq. 

Balıq - Qohumluq-qonşuluq münasibətlərində gülərüz olun. Humanist olmaq sizə başucalığı gətirəcək. 

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bürclər nə vəd edir? - 10 iyun

Bürclər nə vəd edir? - 10 iyun

Qoç - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Həm ailə-sevgi münasibətlərində, həm də işgüzar sövdələşmələrdə hər şey ürəyinizcə olacaq. Buğa - Səhər saatla...

1536 Şou-biznes 00:02 10 iyun 2016

Son xəbərlər