Bürclər nə vəd edir? - 07 iyun
Qoç - Uğurlarınız artacaq. Bu istiqamətdə sizə etibar etdiyiniz bəzi insanlar da kömək edə bilər.
Buğa - İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. Hörmətiniz artacaq. Günün ikinci yarısını bütünlüklə maliyyə məsələlərinə həsr edin.
Əkizlər - Həqiqətə yaxın olan arzular qurun. Yoxsa xəyal qırıqlığına uğrayacaqsınız. Ətrafınızda bir neçə paxıl insan var. Onlara əhəmiyyət erməyin.
Xərçəng – Daxilən narahat hiss edəcəksiniz. Gərgin gün olacaq. Həlli mürəkkəb olan işlərə girişməyin.
Şir - Hər bir məsələdə qanunauyğun addım atın. Yalan vəd vermək, məsuliyyətsizlik sizi gözdən sala bilər.
Qız - Fiziki işlərdən uzaq olun. Məclisdə iştirakınız mümkündür. Səhhətinizə fikir verin.
Tərəzi - Sürprizlərlə dolu gün yaşayacaqsınız. Maraqlı görüşləriniz gözlənilir. Həyəcanlı olduğunuzu bəlli etməyin.
Əqrəb - Axşam saat 15-ə qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqda heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı müddətdə isə ehtiyatlı olun. Axşam saatlarını evdə keçirməlisiniz.
Oxatan - Ümumi durumunuz qənaətbəxş olsa da, mənəvi problemlərə dözümsüzlüyünüz işləri korlaya bilər. İndi güc toplamalısınız. Əsəbləriniz həddən artıq gərgindir.
Oğlaq - Hər şey özünüzdən asılı olacaq. Vaxtınızın çoxunu axtarışda keçirəcəksiniz.
Dolça - Perspektivli işlərə imza atacaqsınız. Mövcud problemlərinizi aradan qaldırmaq üçün əhəmiyyətli görüşmələr gözənilir.
Balıq - Müəmmalı hadisələrlə üzləşəcəksiniz. Yaxşı olar ki, etibar etdiyiniz adamların rəyi ilə hesablaşasınız.
Oxşar xəbərlər
Bürclər nə vəd edir? - 03 iyun
Qoç - Fiziki cəhətdən zəifləmisiniz. Hansısa riskli işə baş qoşmağa dəyməz. Buğa - Maraqlı hadisələrlə rastlaşacaqsınız. Sürprizlər gözlənilir. Əkizlər - Səhh...