Bürclər nə vəd edir? - 24 may
Qoç - Sizi sıxan maddi problemlər bu gündən tədricən azalcaq. Bu əhvalınıza müsbət təsir göstərəcək.
Buğa - Günün birinci yarısını karyera planlarına həsr edin. Səhhətinizə qayğı göstərmirsiniz, bu gələcəkdə problemlərlə üzləşməyinizə gətirib çıxara bilər.
Əkizlər - Pozitiv gündür. Çoxlarından şanslı olacaqsınız. Fiziki cəhətdən özünüzü yormayın.
Xərçəng - Gün ərzində paxıl insanlara əhəmiyyət verməsəniz, hər şey yaxşı olacaq. Həyatdan zövq almağa çalışın.
Şir - Ağlınıza mövcud problemlərinizin həlli üçün yaxşı ideyalar gələcək. Maliyyə məsələlərində riskli addımlar atmayın.
Qız - Vaxtınızı müzakirələrə sərf etməyin. Fəaliyyətə keçmək vaxtıdır.
Tərəzi - Heç kimlə yarışa girməyin. Əks fikirlərə dözümlü olun.
Əqrəb - Passiv olacaqsınız. Onsuz da, işgüzar sövdələşmələrə başlamaq, yeni layihələri reallaşdırmaq üçün uyğun gün deyil.
Oxatan - Aldığınız işgüzar təkliflərə ciddi yanaşın. Uzaq yola çıxmaq məsləhət deyil.
Oğlaq - Hava şəraiti əlaqədar olaraq ümumi süstlük hiss ediləəck. Qidalanma rejiminizə diqqət edin.
Dolça - Sizin üçün çətin də olsa, reallıqla barışmalı olacaqsınız. Karyerada uğur gözlənilir. Şəxsi həyat isə üzünüzün gülməyinə mane olur.
Balıq - Ailə üzvlərinizlə dil tapmağa çalışın. Kobudluq etməyin.
Oxşar xəbərlər
Bürclər nə vəd edir - 17 may
Qoç - Bəsit düşüncə tərzindən uzaqlaşın. Onsuz da ətrafdakıları öz fikrinizlə razı sala bilməyəcəksiniz. Buğa - Günün birinci yarısını istirahətə həsr edin. So...