Bürclər nə vəd edir? - 10 iyun

Bürclər nə vəd edir? - 10 iyun
Şou-biznes 1536
 

Qoç - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Həm ailə-sevgi münasibətlərində, həm də işgüzar sövdələşmələrdə hər şey ürəyinizcə olacaq. 

Buğa - Səhər saatlarını gərgin şəraitdə keçirəcəksiniz. Özünüzü təmkinli aparın. Nahardan sonra sevindirici hadisələr baş verəcək. 

Əkizlər - Ovqatınız yüksək olacaq. Maraqlı insanlarla tanış olacaqsınız. Uzaq yola çıxmaq olmaz.

Xərçəng - Pulla bağlı məsələlərdə ehtiyatlı olmalısınız. Kimsə borc istəsə, razılıq verməyin. 

Şir - Kifayət qədər uğurlu bir gün yaşayacaqsınız. Günün böyük hissəsini zövqünüzə uyğun musiqilərin səsləndiyi məkanda keçirəcəksiniz. 

Qız - Güzəştə getməyi öyrənin. Risk tələb edən işlərə girişməyin. Soyuq və spirtli içkilərdən, duzlu qidalardan mümkün qədər uzaq olasınız.

Tərəzi – Oruc tutursunuzsa, ehtiyatlı olun. Səhhətinizdə müəyyən problemlər baş verə bilər. 

Əqrəb - Aktiv iş həyatına başlayacaqsınız. Karyeranızda müəyyən yeniliklər olacaq. 

Oxatan - Əsas enerjinizi sevgi məsələlərinə yönəldin. Özünüzə qarşı rəğbət oyatmağı bacaracaqsınız. 

Oğlaq - Gərgin stiuasiyalarda özünüzü ələ almağı bacarmalısınız. Dedi-qodulara əhəmiyyət verməyin. 

Dolça - Günorta saatlarında bəxtiniz gətirə bilər. Lotoreya və digər şans oyunları üçün əlverişli gündür. Varlanmaq ehtimalınız da var.

Balıq - Sizi sevməyənlərin sayı artmaqdadır. Bunda karyerada yüksəlməyinizin payı böyükdür. Qısqanılırsınız. 

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bürclər nə vəd edir? - 07 iyun

Bürclər nə vəd edir? - 07 iyun

Qoç - Uğurlarınız artacaq. Bu istiqamətdə sizə etibar etdiyiniz bəzi insanlar da kömək edə bilər. Buğa - İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. H...

2112 Şou-biznes 23:57 06 iyun 2016

Son xəbərlər