Bürclər nə vəd edir? - 17 iyun
Qoç – Sevdiyiniz şəxslə romantik məqamlar yaşamaq istəyirsinizsə, bu təqvimdən yararlanın. Cəhdləriniz boşa çıxmayacaq.
Buğa - Nəhayət ki, maliyyə məsələlərində bəxtiniz gətirəcək. Qərarlarınızda qəti olun.
Əkizlər - Yaxşı olar ki, istirahətə vaxt ayırasınız. Sevdiyiniz işlə məşğul deyilsiniz, bu isə stress keçirməyinizə səbəb olur.
Xərçəng - Düşərli gün olacaq. Nikbinliyinizi qoruyun. Bu gündən etibarən taleyinizdə dönüş yarana bilər.
Şir - İşlərinizi tez yekunlaşdırın. Günortadan sonra başınız qarışıq olacaq. Qalmaqallı məqamlarla üzləşəcəksiniz.
Qız - Keçmişdə olanları tez-tez gündəmə gətirməyin. Bu həm sizin psixologiyanıza mənfi təsir edir, həm də ətrafınızdakı insanlarda sizə qarşı ikrah yaradır.
Tərəzi - Maliyyə durumunuzda irəliləyiş olacaq. Etibarsız insanlara borc verməyin.
Əqrəb - Görüş, yeni tanışlıq və iş sövdələşmələri üçün uğurlu gündür. Bu gün məntiqlə yox, hisslərinizlə qərar verməlisiniz.
Oxatan - Günün ilk saatları gərgin keçəcək. Ancaq planlarınızı təxirə salmayın. Məsuliyyətli olun.
Oğlaq - Bu gün kifayət qədər məhsuldar olacaqsınız. Nəzərdə tutduğunuz planların böyük əksəriyyəti reallaşacaq.
Dolça – Bu günki fəaliyyətiniz səmərə verməyəcək. Odur ki, istirahətə üstünlük verin.
Balıq - Səhhətinizdə problemlər olacaq. İlk növbədə əsəblərinizi qoruyun. Öz qayğınıza özünüz qalmalısınız. Başqalarından heç nə gözləməyin.
Oxşar xəbərlər
Bürclər nə vəd edir? - 09 iyun
Qoç – Bu gün risk etməyə dəyər. Çünki mövcud ideyalarınızı gerçəkləşdirməkdən ötrü başqa yol yoxdur. Heç kimə güzəştə getməyin. Buğa - Uğur qazanacaqsınız. Hər...