Bürclər nə vəd edir? - 12 may

Bürclər nə vəd edir? - 12 may
Şou-biznes 1509
 

Qoç - sağlamlığınızla bağlı xırda narahatçılıq gözlənilir. Maddi çətinliklərə görə bədbinləşməyin. 

Buğa - sizə qarşı yönələn şübhələri dəf etməyi bacaracaqsınız. Sevgi münasibətlərinizdə diqqətli olun. 

Əkizlər - görəcəyiniz işləri xırda detallarına qədər analiz etməyiniz məsləhətdir. Adi bir yanlışlıq planlarınızı poza bilər. 

Xərçəng - həmkarlarınızla mübahisələriniz gözlənilir. Ayıq-sayıq olun. 

Şir – qərar çıxararkən tələsməyin. Atacağınız hər bir addımı yüz ölçüb bir biçin. 

Qız – hər şeyə diqqətlə yanaşın, analitik qabiliyyətinizi və məntiqinizi işə salın. Yalnız bu halda uğurlu ola bilərsiniz. 

Tərəzi - işgüzar aktivliyiniz artacaq. Qarşıya qoyduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. 

Əqrəb - riskli işlərə girişməyin. Neytral mövqedə dayanmağınız məsləhətdir.

Oxatan - qərarlarınızda qəti olsanız, gün ərzində heç bir maneə ilə rastlaşmayacaqsınız. Ədalətli olmağa çalışın. 

Oğlaq - bəxtinizdən şikayətlənməyin. Hər şey istədiyiniz kimi olacaq.

Dolça - nəzərdə tutduğunuz hər bir işi təxminən saat 15-ə qədər yekunlaşdırmağa çalışın. Dostlarınıza vaxt ayırın.

Balıq - şəxsi planlarınızda dəyişikliklər edəcəksiniz. Həlledici məqamda yanlışlığa yol verməyin. 

Oxşar xəbərlər

Bürclər nə vəd edir? - 06 may

Bürclər nə vəd edir? - 06 may

Qoç - münasibətlərinizi tənzimləyin. İş fəaliyyətində passivlik hökm sürəcək. Buğa - ətrafınızda olanların əksəriyyəti fikirlərinizə qarşıdır. Asanlıqla əsəbil...

1951 Şou-biznes 00:06 06 may 2016

Son xəbərlər