Bibisi Oksanadan şikayətləndi: "Mənə dedi ki, səni tanımaq da istəmirəm" (VİDEO)
21
yan
2019
14:02
Rəqqasə Oksana Rəsulovanın bibisi Rəfiqə xanım Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişinə müraciət edib. BAKU.WS-in məlumatına görə, övladının axtarışına çıxan Rəfiqə xanım bildirib ki, rəqqasə Oksana Rəsulova verilişdə onun adını hallandırdığından narahatdır. Məlum olub ki, O. Rəsulova 24 ildir bibisi ilə danışmır. "Mənə zəng etdi. Dedim ki, qızım, səhv etmişəm, qohumluq əlaqəmizi bildirmişəm. Üzr istəyirəm. Dedi ki, mən səni tanımaq da istəmirəm. Canı sağ olsun. Qardaşımın balasıdır", - deyə Rəfiqə xanım bildirib. Bunları eşidən aparıcı Xoşqədəm Hidayətqızı isə çox təəccüblənib: "Mən buna inanmıram. Bəlkə Oksana deyil, başqası zəng edib". BAKU.WS
Oxşar xəbərlər
Nazilə Səfərli "Səni axtarıram"a çıxan gəlinindən DANIŞDI
Şairə Nazilə Səfərlinin qardaşı arvadı Pərvanə Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişinə çıxaraq ailəsi haqda qalmaqallı açıqlama verib.Pərvanə xanım...