Berdan Mardini 5 ay əvvəl evləndiyi həyat yoldaşından boşanır

Berdan Mardini 5 ay əvvəl evləndiyi həyat yoldaşından boşanır
Foto
Şou-biznes 140

Müğənni Berdan Mardini həyat yoldaşı olan ingilis dili müəllimi Dilara Talaydan boşanır.

BAKU.WS xəbər verir ki, uzun müddətdir aralarında mübahisə yaşanan cütlük evlərini ayırıblar.

Dilara sosial şəbəkə hesabında "Mardini" soyadını silərək yenidən "Talay" edib.

Berdan Mardini 5 ay əvvəl evləndiyi həyat yoldaşından boşanır

Berdan isə sosial şəbəkə paylaşım edərək ayrıldıqlarını təsdiqləyib.

"Sevən insan üçün ayrılmaq çox çətindir. Lakin ən şərəfli addımdır. Çünki heç bir hörməti olmayan qadına sevgi vermək kişinin özünə etdiyi ən böyük xəyanətdir".

Məlumat üçün bildirək ki, ifaçı 2010-cu ildə Fatoş adlı qadınla ailə qurub. 2021-ci ildə onların yolları ayrılıb. Buna səbəb Fatoşun Berdana illər etdiyi xəyanətinin ifşa olunması olub.

Berdanla Dilara 2025-ci ildə ailə qurub. Berdanın 47, Dilaranın isə 29-30 yaşında olduğu bildirilir. Dilara Talay Marmara Univseritetinin ingilis dili ixtisasını bitirb.

Berdan Mardini 5 ay əvvəl evləndiyi həyat yoldaşından boşanır

Xatırladaq ki, Berdan Mardini "Senden Çocuğum Olsun", "Mardin Kapı Şen Olur", "Sorarım Sorarım" kimi mahnılarla məşhurlaşıb.

Son xəbərlər