Bayram ərəfəsi otellər və kirayə evlər bron edilib - Azərbaycana turist axını başlayıb - VİDEO
08
mar
2018
09:55
Novruz bayramı ilə əlaqədar bu il də Azərbaycana turist axınının olacağı gözlənilir.Bunun nəticəsidir ki, artıq evlərin və otellərin çoxu bron edilib.Turizm mütəxəssislərinin sözlərinə görə, nəinki otellərdə, günlük kirayə verilən evlərdə də boş yer qalmayıb. Ərəb ölkələri və İrandan daha çox turistin gələcəyi proqnozlaşdırılır.Turistlər evin internetlə təmin olunmasına və təmizliyinə xüsusi diqqət yetirirlər. Onların otellərdən çox, günlük kirayə evlərə üstünlük vermələrinin bir sıra səbəbləri də var.Qiymətlər isə evin otaq sayına, yeni və ya köhnə tikilidə olmasına və şəhərin harasında yerləşməsinə görə dəyişir.Turistlər evlərdə qalarkən yaşanan ən böyük problemlərdən biri onların qonşularla münasibətlərində gərginliyin yaranmasıdır. Bu da əsasən turistlərin evdə əylənmələri və səs-küy salmaları ilə bağlı olur. Ona görə də turizm şirkətləri müqavilə bağlamazdan əvvəl turistlərə xəbərdarlıq edirlər.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı turistlər Novruzda hansı ölkədə dincəlmək istəyir? - SİYAHI
Novruz bayramı günlərində azərbaycanlı turistlərin ilk növbədə Türkiyə və Gürcüstan, daha sonra isə Avropa ölkələri və Birləşmiş Ərəb Əmirliyinə (Dubay) səfər e...